Bakıda oğurluq - Xəz paltonu apardılar


23:56     17 Yanvar 2017 maska_ogru_04802.jpg

Bakıda qadının mənzilindən xəz palto, qızıl-zinət əşyaları və sənədlər oğurlanıb.


Femida.az-ın Reporta istinadən xəbərinə görə hadisə Xətai rayonu Gəncə prospektində qeydə alınıb.
Belə ki, naməlum şəxs və ya şəxslər 1986-ci il təvəllüdlü P.Ə.-yə məxsus mənzilin eyvanından keçərək içəri daxil olublar. Evdən 2 880 manat dəyərində qızıl-zinət əşyaları, 7 000 manat dəyərində xəzi palto, 1 000 manatlıq noutbuk və evin sənədləri, şəxsiyyət vəsiqəsi oğurlanıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1408