Bakıda dolu seyfi oğurlayan şəxs saxlanılıb


15:35     22 Aprel 2017 ogru%20ev9.jpg

Bakı şəhərində oğurluq edən şəxslər saxlanılıb.


Femida.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Xəzər rayon 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə aprelin 20-də rayon ərazisindəki mağazalardan birindən içərisində 3130 manat olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Samir Süleymanlı və Cabir Nağıyev tutulublar.

Binəqədi rayon 4-cü PB-nin əməkdaşları tərəfindən aprelin 20-də rayon ərazisindəki MMC-lərdən birinin anbarından 2000 manat dəyərində elektrik avadanlıqları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fikrət Abdullayev tutulub.

Hər bir faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1363