Dini etiqad azadlığı haqqında qanuna dəyişiklik - Qadağalar götürülür
15:21 24 Aprel 2017
Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini ayinlərin icrası ilə bağlı bəzi qadağalar aradan götürülür.
Femida.az-ın məlumatına görə, bununla bağlı MM-in İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanunun 1-ci maddəsinə dəyişiklik edilir.
Dəyişikliyə əsasən dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır.
Bəndin hazırda qüvvədə olan variantına görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır. Qeyd edək ki, bu qadağalar ötən ilin oktyabrın ayında qəbul edilib.
Komitə sədri Siyavuş Novruzov bildirib ki, bu qadağalar qəbul ediləndən sonra müxtəlif dini icmalardan müraciətlər olub: “Biz də düşünürük ki, həqiqətən dünyada elə qəbul edilmiş dini mərkəzlər var ki, onların nümayəndələrinin Azərbaycanda dinlə bağlı həqiqi ayinlər icra etməsi məqsədəuyğundur”.
Layihə plenar iclasa tövsiyə olunub.
Qeyd edək ki, dəyişikliklə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələrində düzəlişlər edilir.
Femida.az
Oxunub: 1669
Oxşar xəbərlər
- Dini icmaların sayı 800-ə yaxınlaşdı
- Dini Komitə 12 yaşlı məktəblinin intiharını araşdırır
- Dini Komitə Qubada treninq keçirib
- Dini lağa qoymaq cinayətdirmi?
- Dini konfenssiyalardan Alxanlı faciəsi ilə bağlı müraciət
- Dini icmalara şəhadətnamələr verildi
- Dini Komitə Hacı İlqara xəbərdarlıq etdi
- Dini icmalara pul ayrılıb
- Dini mərasim zamanı yanğın olub- 22 ölü, 87 yaralı
- Dini liderlər Qarabağla bağlı görüşəcək - Erməni mediasından iddia