Bakıda torpaq ucuzlaşıb


13:26     26 May 2017 torpaq_sekili_8.jpeg

Aprel ayında Bakıda torpaq sahələrinin qiyməti ucuzlaşıb.


Femida.az xəbər verir ki, bunu Trend-ə daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, torpaq qiymətlərində ucuzlaşma 3.14 faiz təşkil edib.

N.İbrahimov bildirib ki, torpaq bazarında aktivlik ötən aylarda azalmışdı:

"Aktivliyin azalmasının qiymətlərə təsirini indi görürük. Adətən aprel-may aylarında torpağın qiymətləri artır, amma bu dəfə əks tendensiyanın şahidi oluruq. Bu da onunla bağlıdır ki, fərdi yaşayış evlərinin tikinti həcmində azalma var".

Femida.az

Açar sözlər:

Oxunub: 969