Venesuela prezidenti XİN rəhbərini dəyişib


14:53     22 İyun 2017 venesuela9.jpg

Venesuela prezidenti Nikolas Maduro ölkənin xarici işlər naziri Delsi Rodriqesi vəzifəsindən azad edib.


Femida.az xəbər Verir ki, digər fərmanla ölkə başçısı Samuel Monkadanı XİN rəhbəri təyin edib.

S.Monkada əvvəllər Venesuelanın BMT və ADT-da (Amerika Dövlətləri Təşkilatı) nümayəndəsi, xarici işlər nazirinin Şimali Amerika üzrə müavini olub.

Delsi Rodriqesin nazir postunda fəaliyyətini müsbət qiymətləndirən Maduro bildirib ki, sabiq nazirin namizədliyi Konstitusiya Assambleyasına sürüləcək.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Sonrakı etiraz aksiyalarına səbəb ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.

Açar sözlər:

Oxunub: 816