Bakıda ərəb ürək tutmasından öldü


14:30     26 İyun 2017 ereb%20turistler.jpg

Bakıda əcnəbi ölkə vətəndaşı ölüb.


Femida.az Lent.az-a istinadən xəbər verir ki, İraq Respublikasının vətəndaşı, 1951-ci il təvəllüdlü Abdulzehra Zarraq Kareem Alkalga adlı şəxs Fikrət Əmirov küçəsində kirayə yaşadığı mənzildə vəfat edib. Təcili yardım briqadası həmin ünvana gələndə onun keçindiyi üzə çıxıb və daha sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.

Bildirilir ki, vəfat edən şəxs Bakıya turist kimi gəlibmiş və ilkin araşdırmalar zamanı onun ürək tutmasından vəfat etdiyi aydınlaşıb.

Femida.az

Açar sözlər:

Oxunub: 5178