Bakıda bələdiyyə işçisi narkotikə görə həbs edildi


16:01     20 Oktyabr 2017 vezifeli%20hebs.jpg

Bakıda bələdiyyə işçisi narkotikə görə həbs edilib.


Femida.az report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Məlumata görə, Suraxanı rayon Hövsan qəsəbə bələdiyyəsinin əməkdaşı 1979-cu il təvəllüdlü R.Q. üzərində qanunsuz olaraq narkotik vasitələr saxladığı üçün Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı onun narkotik vasitə aludəçisi olduğu məlum olub. R.Q. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs olunub.

Qeyd edək ki, R.Q.-nın qayınatası Suraxanı Rayon İcra Hakimiyyətində yüksək vəzifə tutur.

Femida.az

Açar sözlər:

Oxunub: 496