Bakıda voleybolçu qadını öldürən şəxs məhkəməyə gətirildi
18:57 12 Dekabr 2017
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Namiq Vəkilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Femida.az -ın APA-ya istinadən xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Sonra N. Vəkilovun vəkili Namiq Hacıyev vəsatətlə çıxış edərək bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin hadisə günü telefon danışıqları çıxarılaraq məhkəməyə təqdim edilməlidir.
Məhkəmə vəsatəti cinayət işi materiallarına əlavə edib.
Məhkəmə baxışı dekabrın 19-na təyin edilib.
Qeyd edək ki, Qazax rayon sakini Namiq Vəkilov Suraxanı rayonunun Hövsan qəsəbəsində 1963-cü il təvəllüdlü Anjelika Morozovanın başına torba keçirərək, onu boğub qətlə yetirməkdə təqsirləndirilir.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlayıb.
Qətlə yetirilən qadının cadugərliklə məşğul olduğu bildirilir. Anjelika Morozova peşəkar voleybolçu kimi tanınıb.
Oxunub: 1005
Oxşar xəbərlər
- Bakıda istehsal olunan çörəklərin Sumqayıtda satışına QADAĞA
- Bakıda qəzaya səbəb olan marşrutun daşıyıcı dəyişdi
- Bakıda yaşayış binası yanıb - Tüstüdən zəhərlənən var
- Bakıda qeyri-rezident səfirlər üçün qəbul keçirilib
- Bakıda daha bir küçə təmirə bağlanır
- Bakıda fərdi evdə yanğın olub
- Bakıda qəza törədən qadın sürücünü döydülər
- Bakıda kafedə gənc qız bıçaqlandı
- Bakıda sərnişin avtobusu aşdı - 15 yaralının adı bilindi (Yenilənib)
- Bakıda taksilərlə bağlı yenilik