• Ana səhifə / Manşet

Xəbər lenti

Meyit nə zaman yarıla bilər? ARAŞDIRMA 18+


Tarix 27.10.15, 11:54




Tarixdə ilk dəfə alim Andrey Merzaviyə meyit yarmağa icazə verilib. Bu icazəni həmin vaxt IV Lüdovik alimin elmi biliklərini artırması və başqalarına öyrətməsi üçün vermişdi. Merzavi 200-dək meyit yarıb. Ancaq sonuncu meyitin yarılması zamanı alimin başına ətrafdakıların gözləmədiyi bir iş gəlib: qadın meyitini yarıb ürəyi əlinə götürən zaman orqan işləməyə başlayıb. Bundan sonra Merzavi "diri adamı yarıb ürəyini çıxarmaqla öldürməkdə" günahlandırılaraq sürgün edilib, sürgündə vəba xəstəliyindən ölüb. Əslində isə istənilən ölən şəxsin meyitinin hansısa orqanının tərpənməsi, işləməsi sinirlərin gec məhv olmasıyla əlaqəlidir.

Meyitlərin yarılması prosesi hər zaman qalmaqallı proses hesab olunub. Çox vaxt mərhumun yaxınları buna etiraz edir və bir sıra məqamları bilmədikləri üçün ciddi mübahisələrə də səbəb olur.






Femida.az bu gün meyitlər nə zaman yarıla bilər? sualı ətrafında araşdırma aparıb.
Bu məqsədlə də hüquqşünaslara müraciət etdik.

Hüquqşünas Cəmil Adışov:

“Meyitin yarılmasının 6 üsulu var. Bunlar Virxov, Abrikosov, Şor, Popov, Vetyul və Kiyari-Mariş yarılma üsullarıdır ki, bizdə ilk 3-ündən istifadə olunur. Orqanlar tam götürülmür. Orqanlardan az bir parça götürülür , müayinə və analizə göndərilir. Beynin ana arteriyaya tikilməsi mümkün olmadığından qarın boşluğuna yerləşdirilir. Orqanlar tamamilə insanın daxilindən götürülmür.

Təbii ki, bütün bunlar müvafiq qanunlara uyğun olaraq həyata keçirilir. Belə ki, 26 iyun 1997-ci ildə imzalanmış “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun “Patoloji-anatomik yarılmalar” adlı 41-ci maddəsinə əsasən hamiləlik və doğuş zamanı, yoluxucu xəstəliklər və bu cür xəstəliklərin ehtimalı ilə bağlı, tibbi müayinə, eləcə də müdaxilə zamanı və sonra, ölümün əsl səbəblərini müəyyən etmək mümkün olmadıqda müalicə müəssisələrində ölən bütün şəxslərin meyitləri mərhumun qohumlarının istəyindən asılı olmayaraq, mütləq patoloji-anatomik müayinəyə məruz qalmalıdır.”

Hüquqşünas Camal Əhmədov :

“ Ümumilikdə meyidə iki formada - daxili və xarici müayinə və yaxudda təkcə xarici müayinə formasında baxış keçirilir. Üçüncü forma isə eksqumasiya - meyidin qəbrdən çıxarılıb yenidən daxili baxış keçirilməsi və sairdir.”

Meyit nə zaman qəbirdən çıxarıla bilər?

“Meyit qəbirdən o halda çıxarılır ki, bu və ya digər halın müəyyən edilməsi - ekspert rəyi mübahisəli olsun və yaxud ölümün baş vermə səbəbləri müəyyən edilmədən meyit dəfn edilmiş olsun. Belə hallar baş verdikdə meyidi qəbirdən çıxarmağa icazə verilir.

Morqa qoyulmuş meyidlər əgər, ölümün baş vermə səbəbləri xəstənin xəstəlik tarixçəsi əsasında müəyyən edilməyibsə, müəyyən edilməsi mümkün deyilsə mütləq yarılır, daxili müayinələr aparılır. Daha sonra lazım bilinən orqanlardan və ya dəridən loskut kəsilib götürülür. Bu kəsintilər labaratoriyalara təqdim edilir,meyidin daxili orqanları yerinə qoyulub qarın nayihəsi - periton boşluq tikilir. Bütün bunlar ekspertiza sənədlərində rəsmiləşdilir və eyni zamanda meyidin dəfninə icazə verilməsi barədə morq arayış verir.

Dəfndən sonra həmin arayış dəfn edən tərəfdən mərhumun qeydiyyatda olduğu qeydiyyat orqanına təhvil verilir, həmin orqandan ölüm haqqında şəhadətnamə alınır. Əks halda gələcəkdə mülki və ya cinayət prosessual tələblər əsasında problemlər yarana, meyid eksqumasiyaya məruz qoyula bilər.”


Miri Məcidli
Femida.az


Xəbərin oxunma sayı : 24154











Araşdırma
img

Erməni kəşfiyyatçısını əsir götürən zabitin xanımı: `Vəzifədə cəmi bir gün işlədi`(VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img